reklam
Klublararası dünya çempionatının püşkü atıldı  -
Sportfm.az xəbər saytı

Klublararası dünya çempionatının püşkü atıldı -SİYAHI


2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk 3 mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərə "Çelsi"si və Libertadores Kubokunun son sahibi Braziliya "Palmeyras"ı mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.

I mərhələ

1. "Əl-Cəzirə" (Birləşmiş Ərəb Əmirlikləri) - "Oklend Siti" (Yeni Zelandiya)

II mərhələ

2. "Əl-Əhli" (Misir) - "Monterrey" (Meksika)

III mərhələ

3. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 1-ci cütün qalibi

Yarımfinal

4. "Palmeyras" (Braziliya) - 2-ci cütün qalibi

5. 3-cü cütün qalibi - "Çelsi" (İngiltərə)

Qeyd edək ki, klublararası dünya çempionatı 3 - 12 fevralda olacaq. Oyunların dəqiq tarixi hələlik bəlli deyil. Turnirin son qalibi Almaniya "Bavariya"sıdır.

Oxşar xəbərlər

Klublararası dünya çempionatının püşkü atıldı
Klublararası dünya çempionatının vaxtı açıqlandı
Daha bir iştirakçısı bilindi - Klublararası dünya çempionatı
Klublararası Dünya çempionatının püşkü atıldı - SİYAHI
Klublararası dünya çempionatının püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər