Klublararası DÇ-nin bütün iştirakçıları bəlli oldu
Dekabrın 6-dan 16-na qədər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.
Sportfm.az xəbər verir ki, sonuncu iştirakçı Braziliyanın “Qremio” klubu olub. Buna Cənubi Amerikanın ən nüfuzlu klub turnirinin – Libertadores Kubokunun qalibi kimi nail olan “Qremio”dan öncə İspaniyanın “Real”, Yaponiyanın “Urava Red Daymonds”, Mərakeşin “Vidad”, Meksikanın “Paçuka”, Yeni Zelandiyanın “Oklend Siti” və BƏƏ-nin “Əl-Cəzirə” klubları da mundialda oynamaq şansı qazanmışdı.
Beləliklə, dekabrın 6-da baş tutacaq turnirin açılış matçında meydan sahibi “Əl-Cəzirə” Okeaniyanın ən yaxçı klubu “Oklend Siti” ilə qarşılaşacaq.
Bu cütün qalibi 1/4 finalda Asiya Çempionlar Liqasının qalibi “Urava Red Daymonds”la üz-üzə gələcək. Digər 1/4 final görüşündə KONKAKAF-ın ən güclü klubu “Paçuka” Afrika çempionu “Vidad”la münasibətlərinə aydınlıq gətirəcək. Bu iki oyun isə dekabrın 9-da baş tutacaq.
Yarımfinal görüşləri dekabrın 12-13-də keçiriləcək. DÇ-2017-nin final və 3-cü yer uğrunda oyunu isə dekabrın 16-da baş tutacaq.
Oxşar xəbərlər
Klublararası dünya çempionatına start verildi
Klublararası DÇ-də yarımfinalçılar məlum oldu
Klublararası dünya çempionatının püşkü atıldı
DÇ-də yarımfinalçılar bəlli oldu
Klublararası Dünya çempionatının püşkü atıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası