Badmintonçumuz beynəlxalq turnirdə gümüş medal qazandı
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərindəki “RSL Kharkiv International” turnirində gümüş medal qazanıb.
Sportfm.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayan Dviçayo finala gedən yolda Polşa, Ukrayna, Bolqarıstan, Moldova və Danimarka təmsilçilərinə qalib gəlib. O, həlledici görüşdə çexiyalı Yan Loudaya 0:2 hesabı ilə uduzub. Turniri ikinci sırada başa vuran idmançı nüfuzlu yarışın gümüş medalını qazanıb.
Bu, Azərbaycanın “International Challange” kateqoriyalı turnirlərdə ilk medalıdır. Mübarizəyə təsnifat mərhələsindən başlayan Ezmi Qoviumuramadhoni isə əsas mərhələyə yüksəlsə də, 1/8 finalda moldovalı Kristian Savinə uduzub.
Qeyd edək ki, yarışda 35 ölkədən 202 badmintonçu mübarizə aparıb.
Oxşar xəbərlər
Badmintonçumuz beynəlxalq turnirdə növbəti mərhələyə yüksəldi
İdmançımız beynəlxalq turnirdə bürünc medal qazandı - FOTO
Badmintonçumuz “Hellas Open-2018”in dörddəbir finalına yüksəldi
Badmintonçumuz dörddəbir finalda
Badmintonçularımız “Belarus International-2018” turnirində uğurla çıxış etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası