Badmintonçularımız “Belarus International-2018” turnirində uğurla çıxış etdi
Azərbaycan badmintonçuları Minskdə “Belarus International-2018” turnirində uğurla çıxış ediblər.
Sportfm.az xəbər verir ki, turnirə əsas mərhələdən qatılan badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi yarışında finala gedən yolda Qazaxıstan, Finlandiya, Hindistan və Polşa təmsilçilərinə qalib gəlib. Dviçayo finalda fransalı Leo Rossini 2:1 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.
Badmintonçularımız kişilərin qoşa yarışında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni cütü final yolunda İsrail, Ukrayna və Polşadan olan həmkarlarını məğlub ediblər. Təmsilçilərimiz həlledici görüşdə Fransa badmintonçuları Leo Rossi-Tomas Baures üzərində də inamlı qələbə qazanıblar - 2:0.
Qeyd edək ki, Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni “Sabah” peşəkar idman klubunun üzvləridir.
Oxşar xəbərlər
Badmintonçularımız beynəlxalq turnirində uğurla çıxış etdi - FOTO
Badmintonçularımız beynəlxalq turnirin qalibi oldu - FOTO
Çexiyada badmintoçularımız nə etdi?
Badmintonçumuz beynəlxalq turnirin yarımfinalına yüksəldi
Badmintonçularımız beynəlxalq turnirdə iştirak etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası