reklam
İdmançımız beynəlxalq turnirdə bürünc medal qazandı -
Sportfm.az xəbər saytı

İdmançımız beynəlxalq turnirdə bürünc medal qazandı -FOTO


Azərbaycan badmintonçusu Uqandanın paytaxtı Kampala şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.

Sportfm.az xəbər verir ki, “Uganda International 2019” turnirində ölkəmizi Ezmi Qovimuramadhoni təmsil edib. Mübarizəyə əsas mərhələdən start verən təmsilçimiz ilk görüşdə Uqanda badmintonçusu Fred Kirabo üzərində 2:0 (21:11, 21:13) hesablı qələbə qazanıb. O, səkkizdəbir finalda Misir təmsilçisi Adham Hatem Elcamalı da hər iki setdə məğlubiyyətə uğradıb - 21:19, 21:18. Badmintonçumuz dörddəbir finalda hindistanlı Siddhart ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma Ezmi Qovimuramadhoninin 2:1 (20:22, 21:17, 21:6) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə turnirin ən azı bürünc medalını təmin edən idmançımız bu mərhələdə Hindistan badmintonçusu Rahul Bharadvaca 1:2 (21:17, 13:21,15:21) hesabı ilə uduzub.

Oxşar xəbərlər

Badmintonçumuz beynəlxalq turnirdə növbəti mərhələyə yüksəldi
Azərbaycanlı Ezmi səkkizdəbir finalda mübarizəni dayandırdı
Badmintonçumuz “Hellas Open-2018”in dörddəbir finalına yüksəldi
Badmintonçumuz dörddəbir finalda
Badmintonçumuz beynəlxalq turnirin yarımfinalına yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər