reklam
Olimpiya Oyunlarında məşəl estafetinin ilk iştirakçıları məlum oldu
Sportfm.az xəbər saytı

Olimpiya Oyunlarında məşəl estafetinin ilk iştirakçıları məlum oldu


Yaponiyanın 2011-ci ildə dünya çempionatının qalibi olmuş qadınlardan ibarət futbol komandası “Tokio 2020” Olimpiya Oyunlarında məşəl estafetinin ilk iştirakçısı olacaq.

Sportfm.az xəbər verir ki, bu barədə dekabrın 17-də Oyunların təşkilat komitəsi məlumat verib.

Qeyd edilib ki, Olimpiya Oyunlarının məşəl estafeti gələn il martın 26-da Yaponiyanın şimal-şərqində yerləşən Fukuşima prefekturasındakı “J-Village” futbol üzrə təlim mərkəzindən start götürəcək. “Nadeshiko Japan” qadınlardan ibarət futbol komandasının 21 üzvü və həmin vaxt komandanın baş məşqçisi olmuş Norio Sasaki məşəl festivalında ilk yürüşçü kimi iştiraka razılıq veriblər.

Tokioda bu münasibətlə keçirilən mərasimdə hücumçu Kozue Ando, müdafiəçi Azusa İvaşimizu, qapıçı Ayumi Kayhori və baş məşqçi Norio Sasaki iştirak ediblər.

Yaponiyanın qadınlardan ibarət futbol komandası 2011-ci ilin iyulunda, ölkənin şimal-şərqində baş vermiş dəhşətli zəlzələdən və sunamidən cəmi dörd ay sonra dünya çempionu adını qazanıb.

Estafetin digər iştirakçıları Yaponiyanın 47 prefekturası və sponsor şirkətlər tərəfindən seçiləcək.

Oxşar xəbərlər

Olimpiya məşəli estafeti tamaşaçısız başladı - Koronavirusa görə
Estafet yarımçıq dayandırıla bilər - Tokio-2020
Məşhurlar iştirakçılar siyahısından çıxarılacaq - Tokio-2020
Estafetinin başlanacağı tarix bilindi - 121 gün davam edəcək
Tokioda məşəlin alovlandırılacağı vaxt açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər