reklam
Bakıdakı final matçının loqosu təqdim edildi -
Sportfm.az xəbər saytı

Bakıdakı final matçının loqosu təqdim edildi -FOTO


Fransanın Monako şəhərində Avropa Liqasının 2018/19 mövsümünün Bakıda keçiriləcək final  oyununa hazırlanmış loqo təqdim olunub. 

Sportfm.az xəbər verir ki, loqoda təsvir edilən yarışın kuboku Bakının lokal xüsusiyyətlərini əks etdirən ecazkar arxitektur nümunələri ilə əhatə olunub. 

Loqonun dizaynında Azərbaycan Dövlət Akademik Filarmoniyası, Alov Qüllələri, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Hökumət Evi kimi məşhur tikililərinin təsvirindən istifadə olunub. Loqonun brendinqi Avropa qitəsini və Bakını əhatə edəcək yarışın dinamik təbiətini və coğrafi xüsusiyyətlərini tərənnüm edir. 

Azərbaycan dünyada “Odlar Diyarı” kimi tanınır. Bundan yola çıxaraq, loqoda “A” hərfi alov dilimləri formasında oyularaq dizayn edilib. 

“Buta” naxışı isə milli geyimlərdə, xalçaçılıqda, eləcə də toxuculuq sənayesində sıx istifadə edilir. Bundan ilhamlanaraq, Avropa Liqası üçün gələcəkdə müxtəlif dizayn işlərində istifadə edilə biləcək xüsusi “Buta” naxışı hazırlanıb. 

Oxşar xəbərlər

PFL-in yeni loqosu - FOTO
Basketbol Federasiyasının yeni loqosu təqdim olundu - FOTO
AKF loqosunu dəyişdi - 22 ildən sonra
Premyer Liqamızın yeni loqosu - VİDEO
Omar Momani Bakıya karikatura həsr etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər