Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şəhriyar Məmmədyarov:"Bütün yarışlara öz hesabıma qatılıram"
ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VII turunda Norveçli Maqnus Karlsenlə qarşılan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov görüş barədə təəssüratlarını "Facebook" hesabı vasitəsilə paylaşıb.
Sportfm.az xəbər verir ki, Məmmədyarov görüşün çətin keçdiyini, 5 saatdan çox davam etdiyini dilə gətirib və çox yorulduğunu qeyd edib. Qrossmeyster həmçinin maddi səbəblərə görə həddindən çox oyun keçirmək məcburiyyətində qalmağından, sponsorsuzluqdan şikayət edib və yarışlara öz hesabına qatıldığını vurğulayıb:"Bu gun jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım deyim ki, pul! Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsuru yoxdur və hətta bütün yarışlara öz hesabıma qatılıram".
Qeyd edək ki, Məmmədyarov-Karlsen görüşü heç-heçə ilə yekunlaşıb.
Oxşar xəbərlər
Məmmədyarov və Rəcəbov 1/4 finalda - Çempionlar Turu
Məmmədyarov Rəcəbovla üz-üzə - Çempionlar Turu
"Heç bir şahmatçı beynəlxalq turnirlərə öz hesabına qatılmır" - Samayə Məmmədova
Məmmədyarov Maqnus Karlsenlə heç-heçə etdi
Məmmədyarov Levon Aronyanla heç-heçə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Azərbaycan komandasının bayraqdarları məlum oldu - Dakar-2026
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası















Misli Premyer Liqası