reklam
İngilis azarkeş bıçaqlandı -
Sportfm.az xəbər saytı

İngilis azarkeş bıçaqlandı -Yunanıstanda


İngiltərənin "Burnley" komandasının azarkeşləri "Olimpiacos"a qarşı futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu izləmək üçün getdikləri Yunanıstanda hücuma məruz qalıblar. 

Sportfm.az xəbər verir ki, fanatlardan biri bıçaq yarası alıb. Daha dörd nəfərə isə bədən xəsarətləri yetirilib. Onlara oyundan əvvəl hücum edilib. Zərərçəkənlərə stadionda yardım göstərilib. 

Qarşılaşmanı "Burnley"in 900-dək azarkeşi izləyib. Hazırda İngiltərə klubu Yunanıstan polisi və "Olimpiacos"la birgə hadisənin araşdırıması ilə məşğul olur. 

Qeyd edək ki, görüş "Olimpiacos"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Oxşar xəbərlər

Matçdan əvvəl azarkeşlər bıçaqlandı - Avropa Liqası
Avropa Liqasında pley-off mərhələsi başlayır
Polşada “Mançester Yunayted” azarkeşlərinə hücum - VİDEO
Bakı Olimpiya stadionu tam dolmayacaq! - Açıqlama
BOK-un tamaşaçı tutumu azaldıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər