reklam
“Neftçi”nin 52 ay gözlədiyi nə idi?
Sportfm.az xəbər saytı

“Neftçi”nin 52 ay gözlədiyi nə idi?


Topaz Premyer Liqasına ardıcıl iki qələbə ilə başlayan “Neftçi” ötən mövsümün sonunda başlayan uğurlu seriyasını 5-ə çatdırıb. 

Sportfm.az xəbər verir ki, “ağ-qaralar” öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə üstələməklə ardıcıl 5-ci qələbəsini qazanıb. 2017/18 mövsümünün finişində “Qarabağ”ı 1:0, “Səbail”i 3:1, “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən bakılılar ötən tur “Sumqayıt”ın qapısından iki cavabsız qol keçirmişdi. Bu 5 qarşılaşmada 10 qol vurub, 3-nü buraxan “Neftçi” sonuncu dəfə belə qələbə seriyasına 2013/14 mövsümündə imza atmışdı. 2014-cü ilin mart-aprel aylarındakı 5 oyunluq qələbə seriyası 52 aydan sonra təkrarlanıb.

Sonuncu dəfə aprelin 23-də “Keşlə” ilə matçda (1:2) xal itirən “Neftçi” növbəti turda “Qarabağ”la Azərbaycan derbisinə çıxacaq.

Oxşar xəbərlər

"Qarabağ" "Neftçi"nin rekordunu yenilədi - Premyer Liqa
Ardıcıl 10-cu qələbə
Premyer Liqamızda ilk böyükhesablı nəticə
“Neftçi” 197 günlük həsrətə son qoydu
"Neftçi" 3 il yarım bu anı gözlədi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər