"Qarabağ" "Neftçi"nin rekordunu yenilədi -Premyer Liqa
“Qarabağ” komandası tarixində 5-ci dəfə mövsümə 4 qələbə ilə başlayıb.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının V turunda “Kəpəz”i səfər oyununda 1:0 hesabı ilə yenib.
Əvvəlki turlarda “Səbail”i 3:1, “Sumqayıt”ı 2:0, “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edən "köhlən atlar" startdakı qələbə seriyasını 4-ə çatdırıb.
“Qarabağ” bunadək 4 dəfə belə başlanğıca nail olub. 2003/2004, 2013/2014, 2017/2018 və 2019/2020 mövsümlərində də bölgə təmsilçisi ilk 4 qarşılaşmada 12 xal yığıb.
“5”ə çatan “Qarabağ” bununla da “Neftçi”ni arxada qoyub. Bakılılar 4 dəfə çempionata 4 qələbə ilə start verib. “Ağ-qaralar” 1992, 1994/1995, 1996/1997 və 2000/2001 mövsümlərinə belə başlayıb.
"Kəpəz" isə mövsümdə ardıcıl 5-ci məğlubiyyətini alaraq, son 7 mövsümün antirekorduna imza atıb. Bu müddətdə Gəncə təmsilçisindən başqa heç bir komanda ilk 5 turu xalsız başa vurmayıb. Bu taleyi yaşayan sonuncu komanda AZAL olub. Bakı təmsilçisi 2015/2016 mövsümünün əvvəlində beş məğlubiyyəti sıralayıb.
“Kəpəz” də tarixinin ən uğursuz startına imza atıb. Qərblilər heç vaxt ilk 5 oyunda uduzmamışdı. 2012/2013 mövsümünə 4 məğlubiyyətlə başlayan gəncəlilər 5-ci görüşdə qələbə qazanmışdı.
Oxşar xəbərlər
“Neftçi” rekordunu yenilədi: 21-ci mükafat
"Neftçi" qış çempionu oldu - 9-cu dəfə
Kəpəz”, “Turan” və “Qarabağ” ilk üçlükdə, “Neftçi”dən üç dəfə
"Neftçi" ilə başlayan "Kəpəz": Mövsümün son turu rəqəmlərin gözü ilə
Topaz Premyer Liqasının V turu rəqəmlərin gözü ilə - STATİSTİKA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası