"Əliyev ehtiyatdan oyuna çox fəal daxil oldu” -Sənan Qurbanov
Topaz Premyer Liqasının I turunda “Qəbələ” “Səbail” üzərində 3:0 hesabıyla qalib gəldi.
Sportfm.az xəbər verir ki, oyundan sonra “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanovun fikirlərini bölüşüb.
“Mövsümün ilk matçı, çempionatın startı bizim üçün çox vacib idi. Qələbə qazanmaq istəyirdik. Komandamız çox istəkli idi. Meydanda da bunu gördük. Futbolçulara istəkli olmaları və parlaq qələbəyə görə minnətdaram. Yenilənmiş “Səbail”ə qarşı oynadıq. Rəqib komandanın heyətində yaxşı futbolçular var. Onlara növbəti matçlarda uğurlar arzulayıram. “Səbail”i təhlil etmişdik. Matçda daha çox qol imkanı yaratdıq. Onların üçündən istifadə etdik. Gələcək oyunlarda daha yaxşı olacağını düşünürəm. Taktikanı elə qurmuşduq ki, Ceyms Adeniyi ön xətdə hərəkətli olmalı, arxasında Asif Məmmədovla cinahlar ona dəstək verməli idi. Rauf Əliyev güvəndiyimiz futbolçudur. Bu gün də ehtiyatdan oyuna çox fəal daxil oldu”.
Oxşar xəbərlər
"Onlar gözümüzün önündə yetişiblər" - Sənan Qurbanov
"“Keşlə”də yüksəliş var" - Sənan Qurbanov
"Qəbələ"dən Premyer Liqada 450-ci qol
"Qəbələ" yoxlama görüşündə qalib gəldi
Samir Əliyev: Həmin oyunda heç-heçə olmasını istəyirdim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası