reklam
Sənan Qurbanov görəcəyi faydadan danışdı:
Sportfm.az xəbər saytı

Sənan Qurbanov görəcəyi faydadan danışdı:"Daha güclü olmaq..."


“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Sloveniya toplanışı çərçivəsində keçirilən Polşanın “Krakoviya” klubu ilə yoxlama oyunundan (0:1) sonra fikirlərini açıqlayıb. 

Sportfm.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Polşa təmsilçisinə məğlubiyyəti klub saytına açıqlamasında belə dəyərləndirib: 

“Oyunun gedişində bəzi səhvlər buraxdıq. Rəqib də bu boşluqlardan yararlandı. Səhvlərimizi yoxlama oyununda gördük. Qarşılaşmanı təhlil edib, həmin çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Buna baxmayaraq, qol imkanlarımız da oldu. Lakin bundan istifadə edə bilmədik. Yoxlama oyunundakı səhvlərin rəsmi matçlarda təkrarlanmaması üçün çalışacağıq”. 

Qurbanov mövsümlərarası hazırlıq prosesi barədə də fikirlərini bildirib: “İyunun 12-dən başlayan hazırlıq prosesi bizim üçün faydalı oldu. Komanda üzvləri məşqlərdə səylə çalışdı. Bunun faydasını qarşıdakı görüşlərdə görəcəyik. Toplanışın səmərəli keçməsi bizə meydanda daha hərəkətli, daha güclü olmaq imkanı verdi. UEFA Avropa Liqasındakı ilk oyuna qədər vaxtımız var. İyulun 12-dək hər gün, hər məşqdən səmərəli istifadə edəcəyik”.

 

Oxşar xəbərlər

Sənan Qurbanov: "Sürətli rəqibə qarşı oynayacağıq"
"Çalışacağıq səhvləri aradan qaldıraq" - Sənan Qurbanov
"Onlar gözümüzün önündə yetişiblər" - Sənan Qurbanov
"Belə davam etsələr, əsas heyətdə yer alacaqlar" - Sənan Qurbanov
Sənan Qurbanov:"Vaxtımız azdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər