reklam
Sportfm.az xəbər saytı

"İlk saniyədən sakitləşməyə çalışdım" -Sənan Qurbanov


“Qəbələ” Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra mətbuat konfransında iştirak edən qonaq komandanın baş məşqçisi Sənan Qurbanov fikirlərini bölüşüb. 

Sportfm.az xəbər verir ki, 39 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: 

- Səfər oyununda qələbə qazandıq. Bundan sonra daha məsuliyyətli olmalıyıq. Oyuna görə futbolçularıma təşəkkür edirəm. Sürətli oyun getdi. Uşaqlara verdiyimiz tapşırığın öhdəsindən gəldilər. Bir qədər hay-küylü oyun oldu. Əsas odur ki, qələbə qazandıq. 

- Kənardan elə görünür ki, komandada oyun intizamı yoxdur.

- Elə deməzdim. Məşqlərdə etdiyimizi analiz edirik. Sadəcə, daha çox qələbə qazanmaq hissi bəzən səs-küyə gətirib çıxarır. Komandanın oyunundan razıyam. 

- Bu gün çox aqressiv idiniz. Bunun səbəbi nə idi?

- İlk saniyədən sakitləşməyə çalışdım. Bizim üçün hər bir oyun vacibdir. Ona görə də bir qədər aqressiv oluruq.

Oxşar xəbərlər

"Oyundan və nəticədən razı qaldım" - Qurban Qurbanov
“Layiqli qələbə qazandıq” - Sənan Qurbanov
"Bizim işimiz axıra qədər mübarizə aparmaqdır" - Sənan Qurbanov
"Ev oyunlarında da bu qədər azarkeş görmək istəyirəm" - Sənan Qurbanov
"Müdafiəçilərimizin oyunundan narazıyam" - Aftandil Hacıyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər