reklam
Mladen Milinkoviç:
Sportfm.az xəbər saytı

Mladen Milinkoviç:"Bu səbəb ola bilməz"


Bu gün Topaz Premyer Liqada birinci turun daha iki oyunu keçirilib. 

Sportfm.az xəbər verir ki, günün ikinci matçında "Keşlə" "Sabah"ı qəbul edib. Oyundan sonra təşkil olunan mətbuat konfransında "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç jurnalistlərin suallarını cavablandırıb. 

- Rəqibi təriflədi, bəs "Keşlə" bu heyət və oyunla nəyə ümid edə bilər?

- Mən hələ komandaya yeni gəlmişəm. Təbii ki, bu səbəb ola bilməz. Rəqibin heyətində matçın taleyini dəyişə biləcək futbolçular vardı. Biz də isə yox. 

- Heyətə yeni futbolçular cəlb ediləcəkmi?

- Ola bilər. Bu klub rəhbərliyi ilə danışıqlardan sonra məlum olacaq. Bizim hələ vaxtımız var. 

- 4 hücumçunun hamısı meydanda oldu. Ancaq qol vurulmadı.

- Hazırlıq matçlarında belə hal yaşanmışdı. Mən inanıram ki, növbəti qarşılaşmalarda onlar fərqlənəcək. 

 

Oxşar xəbərlər

"Keşlə" Milinkoviçi istefaya göndərdi
Mladen Milinkoviç: 55-ci legioner, 4-cü serbiyalı
Elşad Əhmədov:"Yerli futbolçular bizim komandaya gəlmək istəmirdi"
Yuri Maksimov: Mən burda qalan deyiləm
Yuri Maksimov: Deyilənlərlə reallıq arasında 10 dəfə fərq oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər