reklam
Yuri Maksimov:
Sportfm.az xəbər saytı

Yuri Maksimov:Mən burda qalan deyiləm


Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Sportfm.az xəbər verir ki, günün ilk matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib. Qarşılaşmadan sonra "Keşlə"nin baş məşqçisi Yuri Maksimov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

- Rəqibiniz uzun müddətdir uduzmurdu.

- Biz isə uzun müddət idi qalib gələ bilmirdik. Bu kubok qarşılaşmasıdır. Cavab matçı da var. 

- Klub prezidenti Zaur Axundov sizləri qələbə münasibətilə təbrik etdimi? 

- Hələ ki, yox.

- Sanki ikinci  hissədə daha ehtiyatlı futbol sərgiləyirdiniz. 

- Bu belə görünə bilər. Bəzi futbolçular öz gücünə hələ ki, inanmır. Mövsümün sonunda heyətdə olan oyunçuların müqaviləsi bitir. Onları motivasiya çətindir.

- “Keşlə”nin arokuboklara vəsiqə üçün son şansı kubokdu. Bu rəqiblə həftə sonu çempionatda da oyununuz var. Çempionatda heç bir şansınızın qalmadığını nəzərə alsaq, bu oyuna ciddi yanaşmaya bilərsiz?
- Rəqibin hər iki cəbhədə şansı var. Bizim isə yalnız kubokda şansımız davam edir. Təbii ki, çempionatda da yaxşı oynamağa çalışacağıq. Bəzi problemlərimiz var. Slavik və Denis bu gün zədə aldı. Ola bilsin, bəzi oyunçulara istirahət şansı verdim. Bəzi futbolçuların 1 aylıq müqaviləsi qalıb. Buna görə, onları oyuna kökləmək bir qədər çətin olur. Futbolçular gələcəklərini düşünürlər. Onlar zədələnmək istəmirlər.

- Sizin müqaviləniz də mövsümün sonunda bitir. 

- Bəli. Rəhbərlik gələcəklə bağlı heç nə demir. Biz də heç nə bilmirik. 

- Bəs, siz necə, burda qalmağı düşünürsünüzmü? 

- Açığını deyim ki, yox. Komanda avrokuboklara qatılsa belə, qalmaq fikrim yoxdur. Klub prezidentinin özü bilmir ki, gələcəyimiz necə olacaq. Mən necə qalım? İndi həyat yoldaşı belə pul olmayanda ərinin üzünə baxmır. 

 

 

Oxşar xəbərlər

Tərlan Əhmədov: "Üst pillələrdə qərarlaşmağı düşünürük"
Yuri Maksimov: Hələ ki, mükafat verilməyib
"Qato komanda yoldaşlarının əziyyətini yerə vururdu" - Tərlan Əhmədov
"Kubokda nəticə qazanmağa çalışacağıq" - Yuri Maksimov
Yuri Maksimov: Deyilənlərlə reallıq arasında 10 dəfə fərq oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər