Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio 2016: Velosipedçimiz finala çıxa bilmədi
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın velosipedçi Olqa İsmayılova bu gün keyrin növündə çıxış edib. Sportfm.az xəbər verir ki, 31 yaşlı idmançı əvvəlcə seçmə mərhələdə mübarizə aparıb. O, öz yarımqrupunda 7 iştirakçı arasında 4-cü yeri tutub. Bu nəticə ilə İsmayılova təsəlliverici yürüşə vəsiqə qazanıb. Lakin həmin mərhələdə azərbaycanlı velosipedçi 4 iştirakçı arasında sonuncu olub. Nəticədə təcrübəli idmançı ikinci mərhələyə yüksələ bilməyib və mübarizəni dayandırıb.
Qeyd edək ki, Olqa İsmayılova sabah velosiped idmanının sprint növündə də mübarizə aparacaq.
Oxşar xəbərlər
Azərbaycan velosipedçisi sonuncu oldu
Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı
İslam Oyunlarında İranın bayraqdarı qadın idmançı olacaq
Rio-2016: Olimpiada tarixində yeni rekord
Rio-2016: Azərbaycan Olimpiadada debüt etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası