reklam
Azərbaycan velosipedçisi sonuncu oldu
Sportfm.az xəbər saytı

Azərbaycan velosipedçisi sonuncu oldu


Belarusun paytaxtı Minksdə keçirilən II Avropa Oyunlarında velosipedçilərin keyrin yarışına start verilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi Sergey Omelçenko da trekə çıxıb.

O, 1-ci mərhələdə ikinci yürüşdə mübarizə aparıb. Beş idmançı arasında sonuncu olan Omelçenko təsəlliverici mərhələdə qüvvəsini sınamalı olub.

O, üç nəfərin mübarizə apardığı ikinci yürüşə qatılıb. Yenə sonuncu olan idmançı yarımfinal şansını itirib.

1-ci mərhələnin dörd yürüşünün hərəsindən iki, təsəlliverici mərhələdə isə hər yürüşdən bir nəfər yarımfinala yüksəlib.

 

Oxşar xəbərlər

Qadın güləşçimiz Avropa çempionu oldu - FOTO
İdmançımız Portuqaliyada üçüncü oldu - FOTO
Velosipedçimiz Portuqaliyada 3-cü oldu
Azərbaycanlı velosipedçi Avropa çempionatında qəzaya düşdü
Rio 2016: Velosipedçimiz finala çıxa bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər