reklam
Meksika millisinin sabiq üzvü
Sportfm.az xəbər saytı

Meksika millisinin sabiq üzvü "Səbail"də


“Səbail” növbəti transferi həyata keçirmək üçün hərəkətə keçib.  

Sportfm.az xəbər verir ki, "aslanlar" son olaraq Kiprin "Ermis" klubunda çıxış edən meksikalı hücumameyilli yarımmüdafiəçi Edqar Paçekonu baxışa dəvət edib. 28 yaşlı futbolçunun son durumu məşqçiləri qane etsə, onunla müqavilə imzalanacaq. Paçeko saytımıza verdiyi açıqlamada hələ ki, müqavilə imzalamadığını bildirib. 

Maraqlıdır ki, Edqar 3 həftə öncə Kiprin I Divizionunda çıxış edən “Doksa” klubu ilə razılaşsa da, komandanın düşərgəsini tərk edib. 

Edqar karyerası ərzində “Atlas”, “Uanl Tiqres”, “Leon”, “Mineros de Sakatekas”, “Keretaro”, “Kanvon”, “Əl-Nayma” kimi komandalarda çıxış edib.  Futbolçu Meksikanın əsas milli komandasının heyətində 5 oyun keçirib və 1 qol vurmağı bacarıb.   

Oxşar xəbərlər

Araz Abdullayev “Sumqayıt”da - RƏSMİ
Almaniya millisinin sabiq oyunçusu “Antalyaspor”da - Bir illik müqavilə
Təmkin Xəlilzadə "Sabah"ın formasında - FOTO
Meksika millisinin sabiq üzvü Azərbaycan klubunda - FOTO
"Qarabağ" Bolqarıstan yığmasının futbolçusu ilə müqavilə bağladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər