
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Qarabağ" Bolqarıstan yığmasının futbolçusu ilə müqavilə bağladı
"Qarabağ" klubu Bolqarıstan milli komandasının futbolçusu Simeon Slavçev ilə 3 illik müqavilə imzalayıb.
Sportfm.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi artıq Ağdam təmsilçisinin Avstriyada davam edən təlim-məşq toplanışındadır.
Slavçev peşəkar karyerasına 2010-cu ildə ölkəsinin “Liteks” klubunda başlayıb və 4 il burada forma geyindikdən sonra Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon”, son olaraq isə Polşanın “Lexiya” (Qdansk) klubunda çıxış edib.
Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Slavçev 2013-cü ildən əsas milli komandaya dəvət alır.
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq futbolçusu III liqa klubunda
"Qarabağ"dan gedən futbolçu "Levski" ilə anlaşdı - FOTO
Polşa klubunun "Qarabağ"ya borclu olduğu ortaya çıxdı
"Sportinq"in futbolçusu "Qarabağ"a keçir?
Filip Ozobiç "Qarabağ"da! - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin