"Əsas məqsədimiz çempionata tam hazır olmaqdı" -Elşad Əhmədov
Növbəti mövsümə hazırlığı Türkiyənin Bolu şəhərində davam etdirən “Sabah”ın baş məşqçisi Elşad Əhmədov təlim-məşq toplanışı barədə fikirlərini bildirib.
Sportfm.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyb:
“Ayın 16-dan Türkiyədə təlim-məşq toplanışındayıq. Burda daha çox taktiki-texniki tapşırıqlar üzərində işləyirik. Əvvəlcədən hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi nəzərdə tutmuşduq. Artıq 2 görüş keçirmişik. Hər iki qarşılaşma 1:1 hesabıyla başa çatıb. Sevindirici haldı ki, Bakıda keçdiyimiz fiziki hazırlığın bəhrəsini burda görürük. Uşaqlar canla-başla çalışırlar. Çatışmayan cəhət odu ki, hər iki oyunda 1:0 hesabıyla önə keçsək də, son dəqiqələrdə qol buraxdıq. Deməzdim ki, bu, fiziki hazırlıqla bağlıdı.
Çatışmayan cəhətlərimiz var. Keçirdiyimiz oyunlarda taktiki planda boşluqlar verdik ki, rəqib də bundan istifadə etdi. Məşqlərdə bu çatışmazlıqlar üzərində işləyirik. Daha 2 oyunumuz var. Hazırda bu matçlara hazırlaşırıq. Bir neçə futbolçumuz zədəlidi. Fərdi məşq edən oyunçularımız da var. Əsas məqsədimiz avqustun 11-də başlayacaq Azərbaycan çempionatına tam hazır olmaqdı. Uşaqlardan tam razıyam. İşimizi davam etdiririk”.
Oxşar xəbərlər
"Bu həm Sumqayıtda, həm də burda keçirdiyimiz oyunlardakı problemlərimizdən biridir" - Ayxan Abbasov
Şaban Donat: "İndi taktiki-texniki çalışmalara üstünlük veririk"
"Onlara əhsən düşür" - Nazim Süleymanov
Millimizin baş məşqçisi: "Səhvlərimizin üzərində işləyəcəyik"
Tural Qürbətov: “Hər şey özümüzdən asılıdır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası