FİFA-nın cazibədar səfirinə Rusiyada qadağa qoyuldu
Rusiyada keçirilən 21-ci Dünya Çempionatının FİFA səfiri Viktoriya Lopırevaya qadağa qoyulub.
Sportfm.az xəbər verir ki, Rusiya Futbol Federasiyası cazibədar səfirə ölkəsindəki matçları tribunadan izləmək qadağan edib.
Buna səbəb isə səfirin keçmiş həyat yoldaşı, Rusiya millisinin üzvü Fedor Smolovun kefinin pozulması göstərilib. Futbolçunun əhvalının performansına mənfi təsir edə biləcəyini düşünən federasiya səfirdən Rusiyanın matçlarına gəlməməsini istəyib.
Misir matçından öncə keçmiş həyat yoldaşı ilə görüşən və imzalı formasını alan Viktoriya artıq milli matçları tribunadan izləyə bilməyəcək.
Daha öncə “Mançester Yunayted”, “Paris Sen-Jermen” komandalarını da ziyarət edən Lopıreva 2003-cü ildə Rusiya gözəli seçilib. O, 3 il evli qaldıqdan sonra milli futbolçudan boşanıb.
2018 Dünya Çempionatının püşkatma mərasimində iştirak edən cazibədar model gözəlliyi ilə diqqət çəkmiş və maraq dairəsi olmuşdu.
Oxşar xəbərlər
Ukrayna Rusiyanın FIFA və UEFA-dan çıxarılmasını tələb etdi
Rusiya ilə oynamaqdan imtina etdilər - Norveç və Uels
FİFA 8 brazilyalı oyunçuya qadağa qoydu - Karantin
Rusiya DÇ-2022-də iştirak etməyəcək
İran millisinin üzvləri rus qadınlarını arxada qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamızın açıq məşqi və brifinqi olacaq - Toplanış
-
"Turan Tovuz"un futbolçusu DÇ-2026 üçün yekun heyətdə
-
“Borussiya” Türkiyə millisinin üzvünü göndərdi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" Pokatilovla yeni müqavilə imzaladı
-
Mərakeş millisinin DÇ-2026 üçün yekun heyəti - SİYAHI















Misli Premyer Liqası