FİFA 8 brazilyalı oyunçuya qadağa qoydu -Karantin
FİFA Braziliya Futbol Konfederasiyasının tələbi ilə “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” və “Lids”in 8 brazilyalı oyunçusuna qadağa qoyub.
Sportfm.az xəbər verir ki, Ederson Moraeş, Alison Beker, Tiaqo Silva, Fred, Fabino, Rafinya, Roberto Firmino və Qabriel Jesus beş gün ərzində oynaya bilməyəcək. Ali futbol qurumu bu barədə artıq onların klublarını məlumatlandırılıb.
Qeyd edək ki, FIFA 2022-ci il dünya çempionatının Braziliya və Argentina yığmaları arasındakı seçmə oyunu koronavirus qaydalarını pozan 4 oyunçu - Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeroya görə dayandırılmışdı. Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olmuşdular, halbuki Böyük Britaniyadan gələnlər karantində olmalıdır.
Oxşar xəbərlər
Braziliya - Argentina oyunu ilə bağlı qərar ləğv edildi
Millinin 4 futbolçusu diskvalifikasiya edildi - Koronavirus qaydalarını pozdular
FIFA-dan açıqlama - Braziliya - Argentina matçı ilə bağlı
Braziliya – Argentina oyunu yarımçıq dayandırıldı - Qalmaqal
“Qızıl top”a namizədlər açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası