reklam
Mundialda ilk qırmızı vərəqənin sahibi -
Sportfm.az xəbər saytı

Mundialda ilk qırmızı vərəqənin sahibi -FOTO


Rusiyada keçirilən dünya çempionatında ilk qırmızı vərəqə qeydə alınıb.

Sportfm.az xəbər verir ki, hazırda Yaponiya ilə qarşılaşan Kolumbiya millisinin futbolçusu Karlos Sançes meydandan qovulub.

Görüşün baş hakimi Damir Skomina matçın 3-cü dəqiqəsində qapıya gedən topa əllə toxunan yarımmüdafiəçini qırmızı vərəqə ilə cəzalandırıb və Kolumbiyanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Sindzi Kaqava hesabı açıb.

Qeyd edək ki, 32 yaşlı Karlos Sançes 2007-ci ildən Kolumbiya millisində çıxış edir. O, professional karyerası ərzində “Aston Villa”, “Fiorentina”, “Espnayol” kimi komandaların şərəfini qoruyub.

Oxşar xəbərlər

Derbilərdə görünməmiş vərəqə sayı: 4 qırmızı
Ronaldo meydandan qovuldu - Karyerasında ilk dəfə...
Mundialda çıxış edən futbolçu ölümlə hədələnir
DÇ-2018: Sensasiya davam edir
İlk qırmızı vərəqə göstərmiş hakim dünyasını dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər