reklam
Qol vurdu,
Sportfm.az xəbər saytı

Qol vurdu, "Niva" hədiyyə etdilər -FOTO


Rusiyada təşkil olunmuş dünya çempionatının ilk turunda Kosta-Rika ilə qarşılaşan Serbiya millisi bu matçdan 1:0 hesablı qələbə ilə ayrıldı.

Sportfm.az xəbər verir ki, bu oyunda cərimə zərbəsindən vurduğu möhtəşəm qolla Serbiya millisinə qələbə qazandıran kapitan Aleksandr Kolarova xüsusi hədiyyə təqdim olunub.

Belə ki, Samara əyalətinin qubernatoru Dmitri Azarov təcrübəli müdafiəçiyə “Lada Niva” avtomobili hədiyyə edib.

“Samaralı azarkeşlərlə məsləhətləşmələrimizdən sonra qərara gəlmişdik ki, dünya çempionatı çərçivəsində “Samara Arena”da vurulacaq ilk qolun müəllifinə hədiyyə verək. Həmin qolu Kolarov vurdu və biz ona “Lada 4х4” modelinin sertifikatını təqdim etdik. O, buna çox sevindi. Komanda yoldaşları da bunu ürəkdən qəbul etdilər”.

Qeyd edək ki, Kolarov Kosta Rika ilə oyundan sonra həm də FİFA tərəfindən matçın ən yaxşısı elan edilib.

Oxşar xəbərlər

İş adamı Ronaldoya saat hədiyyə etdi - 130 minlik
Rövnəq Abdullayevə "Neftçi" forması hədiyyə edildi - FOTO
“Limon” meydana çıxdı, baş məşqçi məyus oldu
“Yuventus” “Terminator”a hədiyyə etdi - FOTO
DÇ-2018: Serbiya qələbə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər