Nakamura azərbaycanlıya imkan vermədi
Belçikanın Lyoven şəhərində "Grand Chess Tour" seriyasının I mərhələsi davam edir.
Sportfm.az xəbər verir ki, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışda rapid növünə yekun vurulub.
Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov son 3 turda müvafiq olaraq, Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə üz-üzə gəlib. Qrossmeysterimiz ilk 2 rəqibi ilə heç-heçə etdiyi halda, digərinə məğlub olub.
Beləliklə, 9 turdan 9 xal toplayan (qaydalara əsasən xallar ikiqat hesablanır) Məmmədyarov 10 şahmatçı arasında 6-cı olub. İlk pilləni ondan 5 xal çox yığan Uesli So (ABŞ) tutub.
Qeyd edək ki, turnirin son 2 günündə şahmatçılar blits növündə mübarizə aparacaqlar.
Oxşar xəbərlər
Məmmədyarov “Grand Chess Tour”da iştirak edəcək
"Şah" Karlseni mat etdi "Grand Chess Tour"
Şəhriyar Məmmədyarov üçüncü yeri tutdu
Məmmədyarov “Grand Chess Tour”da çıxış edəcək
Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası