reklam
Sportfm.az xəbər saytı

"Şah" Karlseni mat etdi"Grand Chess Tour"


Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Grand Chess Tour" seriyasının üçüncü mərhələsi davam edir.

Sportfm.az xəbər verir ki, turnirin ikinci günündə rapid üzrə daha üç tur oynanılır. 37 yaşlı qrossmeysterimiz artıq iki görüşünü başa vurub.

Məmmədyarov öncə qara fiqurlarla bolqarıstanlı Veselin Topalovla qarşılaşıb və 47-ci gedişdə rəqibi ilə "sülh bağlayıb". 

Növbəti matçda isə Şəhriyar hazırkı dünya çempionu norveçli Maqnus Karsenlə üz-üzə gəlib. Duel 48-ci gedişdə təmsilçimizin qələbəsi ilə yekunlaşıb. 

Məmmədyarov günün son oyununda Alireza Firuzca (Fransa) ilə münasibətləri aydınlaşdıracaq.

Beş turdan sonra şahmatçımız 6 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Lider 7 xala malik Firuzcadır.

Yarış iyulun 24-dək davam edəcək. İlk üç gündə şahmatçılar rapid, daha sonra isə blits üzrə mübarizə aparacaqlar. Qalib iki mərhələnin yekuna əsasən müəyyənləşəcək.

"Grand Chess Tour"

IV tur

Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov 0,5:0,5

V tur

Şəhriyar Məmmədyarov - Maqnus Karlsen (Norveç) 1:0

VI tur

Alireza Firuzca (Fransa) - Şəhriyar Məmmədyarov

Oxşar xəbərlər

Məmmədyarov məğlubiyyətlə getdi - “Champions Chess Tour”
Bu gün Məmmədyarov Aronyanla görüşəcək - "Grand Chess Tour"
Məmmədyarov “Grand Chess Tour”da iştirak edəcək
96-cı gedişdə sülh
Şəhriyar Məmmədyarov məğlubiyyətlə başladı - Grand Chess Tour

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər