reklam
Bakıda velosiped idmanının BMX növü üzrə dünya test yarışları keçirilir
Sportfm.az xəbər saytı

Bakıda velosiped idmanının BMX növü üzrə dünya test yarışları keçirilir


Velosiped idmanının BMX növü üzrə gələn ilin iyununda Bakıda təşkil olunacaq dünya çempionatı ilə əlaqədar oktyabrın 28-də dünya test yarışlarının praktiki yürüşlərinə start verilib.

Sportfm.az xəbər verir ki, yürüşdə Rusiya, Fransa, Türkiyə, Yaponiya, Litva, Çex Respublikası, İtaliya və Almaniyanın kişi və qadın velosiped komandalarının üzvləri iştirak ediblər. Oktyabrın 29-da saat 19:00-da final mərhələsi start götürəcək və dünya test yarışının qalibləri müəyyənləşəcək.

Velosiped idmanının digər növləri ilə müqayisədə daha gənc olan BMX 2008-ci ildə Yay Olimpiya Oyunlarının proqramına daxil edilib və qısa müddətdə böyük marağa səbəb olub.

Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu birinci Avropa Oyunları ilə əlaqədar 2015-ci ilin əvvəlində istifadəyə edilib. Ötən il Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakıdakı treki də yenidən qurulub. Trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-nin yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.

Xatırladaq ki, Bakıda BMX üzrə dünya çempionatı gələn il iyunun 5-9-da keçiriləcək.

Oxşar xəbərlər

Velosipedçilər mükafatlarını aldı - FOTO
Dünya çempionatının başlanmasına 100 gün qaldı
“Tour d’Azerbaidjan-2018”in vaxtı müəyyənləşdi
BMX növü üzrə Dünya sınaq yarışı başa çatdı
ABŞ estafeti Azərbaycana verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər