reklam
Eder “Qəbələ” ilə oyun haqda:
Sportfm.az xəbər saytı

Eder “Qəbələ” ilə oyun haqda: "Bacardığımı etməliyəm"


"Avropa çempionatından sonra yaxşı istirahət etmişəm. Artıq tamamilə klubumdakı çıxışıma köklənmişəm və oynamağa hazıram. Tezliklə "Lill”ə kömək etmək istəyirəm”. Apasport.az saytının xəbərinə görə, bu fikirlər Portuqaliya millisinin və Fransanın "Lill” klubunun futbolçusu Ederə məxsusdu. Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ”nin rəqibi olan Lillin eyniadlı təmsilçisinin legioneri hazırkı durumunu açıqlayıb. Eder sabah Bakıda keçiriləcək matçda iştirak üçün can atdığını qeyd edib: "Hazırda ən vacib olan klubumdakı çıxışımdı. Mənim üçün yeni mövsüm çox vacib qarşılaşma ilə başlayacaq. Cümə axşamı Avropa Liqasında keçiriləcək qarşılaşmada da oynamağa hazıram”.
 
EURO 2016-nın Fransa ilə final oyununda vurduğu qolla Portuqaliyaya çempionluq qazandıran Eder bu uğurdan ruhlandığını gizlətmir: "Avropa çempionatının finalındakı həlledici qolu vurmağım heç nəyi dəyişmir. Bu, yalnız mənəvi yüksəliş verir. Həmin qol bütün komandanın əməyinin bəhrəsi idi. İndi "Lill”lə bacardığımı etməliyəm. Həmişə "Lill”in nailiyyət qazanmasını istəmişəm. Buradakı komanda yoldaşlarım da mənim Avropa çempionatında uğuruma sevindilər və yaxşı qarşıladılar. Baxmayaraq ki, mən Fransanı məyus etmişdim”.
 
Qeyd edək ki, sabah Bakıda keçiriləcək "Qəbələ” – "Lill” oyunu saat 21:00-da başlayacaq.

Oxşar xəbərlər

"Qəbələ" "Lİll"ə oyunun hazırlığına başladı
"CBC Sport"un "Lill" - "Qəbələ" oyunu ilə bağlı bəyanatı
Eder “Qəbələ”yə qarşı oynayacaqmı?
“Lill” – “Qəbələ” oyununun başlama vaxtı açıqlandı
"Qəbələ"nin 72 yaşlı rəqibi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər