Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Eder “Qəbələ”yə qarşı oynayacaqmı?
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ” ilə matçda "Lill”in hücumçusu Ederin iştirak edib-etməyəcəyi maraqla gözlənilir. Apasport.az saytı xəbər verir ki, Fransa mətbuatı portuqaliyalı futbolçunun sabahkı qarşılaşmada forma geyinmək şansının yüksək olduğunu yazıb. Portuqaliya yığmasının heyətində EURO 2016-nın qalibi adını qazanmış Eder ona verilən istirahət müddətindən tam istifadə etməyib. Belə ki, finalda vurduğu qolla ölkəsinə Avropa çempionluğu qazandıran forvardın yay tətilindən 1 həftə tez qayıdaraq, "Lill”in düşərgəsinə qoşulması diqqət çəkib. "Lill”in baş məşqçisi Frederik Antonetti də açıqlamasında Ederin "Qəbələ”yə qarşı oynaya biləcəyini vurğulayıb. Əvəzində Fransa təmsilçisinin digər aparıcı üzvü Sofian Bufal komandamıza qarşı matçda iştirak etməyəcək. Buna səbəb Bufalın zədəsini hələ sağaltmamasıdı.
Qeyd edək ki, "Lill” – "Qəbələ” qarşılaşması sabah Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Oxşar xəbərlər
“Qəbələ” UEFA-nın manşetində FOTO
Eder “Qəbələ” ilə oyun haqda: "Bacardığımı etməliyəm"
"Qəbələ" "Lİll"ə oyunun hazırlığına başladı
"CBC Sport"un "Lill" - "Qəbələ" oyunu ilə bağlı bəyanatı
“Lill” – “Qəbələ” oyununun başlama vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası