reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" "Lİll"ə oyunun hazırlığına başladı


"Qəbələ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib. Sportfm.az klubun saytına istinadən yaydığı xəbərə görə, Fransanın "Lill” klubu ilə iyulun 28-də səfərdə keçirilən ilk qarşılaşmanın (1:1) ardından məşqlərinə bir günlük ara verən "qırmızı-qaralar” Bakıdakı oyunun hazırlığına iyulun 30-da başlayıb. Roman Qriqorçukun yetirmələri məşq prosesində iki qrupa bölünüblər. Fransadakı matçın iştirakçıları bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə toplu çalışmalara üstünlük veriblər. "Qırmızı-qaralar” növbəti məşqini bu gün gerçəkləşdirəcək. Bakıda hazırlıq keçən komanda günün ikinci yarısında bir araya gələcək.

Xatırladaq ki, "Qəbələ” – "Lill” oyunu avqustun 4-də keçiriləcək. Bakıdakı "Bakcell Arena”da baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək.

Oxşar xəbərlər

"Qəbələ" üçün daha üç rəqib
"Qəbələ" hazırlıqlara start verdi
"Qəbələ" "Maribor"la oyunun hazırlığına başladı
“Lill” – “Qəbələ” oyununun başlama vaxtı açıqlandı
"Qəbələ" MTK ilə oyunun hazırlıqlarına başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər