“Oyunçularımın gücü çatmadı” –Qurban Qurbanov
"Öncə, Qazaxıstanı təbrik edirəm. Komandamdakı problemlərlə bağlı özümüz danışacağıq. İlk 20 dəqiqədə uduzduq. Sonradan toparlanıb futbol göstərmək istəsək də, gözlədiyimiz kimi alınmadı".
Sportfm.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib.
Yoldaşlıq oyununda Qazaxıstan yığması ilə qarşılaşan komandamız 0:3 hesabı ilə məğlub olub.
Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov oyun haqqında fikirlərini qazax həmkarlarımızla bölüşüb.
- Qazaxıstan millisində sizi nə təəccübləndirdi?
- Bilirdik ki, oyun çətin olacaq. Qazaxıstan futbolu indi inkişafdadı.
- Komandanız erkən qoldan sonra ruhdan düşdü. Buna nə səbəb oldu?
- Desəm ki, onlar buna hazır idilər, inanmayacaqsınız. Amma mən tapşırmışdım ki, rəqib ilk dəqiqələrdən pressinq edəcək. Sadəcə olaraq oyunçularımın bunun qarşısını almağa gücləri çatmadı.
- İkinci hissənin ortalarında ardıcıl dəyişikliklər etdiniz. Gənc oyunçuları sınamaq istəyirdiniz, yoxsa matçı xilas edəcək adam axtarırdınız?
- Xeyr, orda məqsəd tamam başqadı. Mən heyəti və sistemi dəyişirdim. Dəyişiklik oyunçulara özlərini sübut etmək və növbəti matçda meydana çıxmaq üçün verilən şansdır.
- Qazaxıstanın heyətində kimisə qeyd edə bilərsiniz?
- Mən bayaq da dedim ki, qazaxlar xüsusilə hücumda yaxşı çıxş etdilər. Ön xəttdəki oyunçuları qeyd edə bilərəm ki, bizə çox çətin anlar yaşatdılar.
- Bir neçə gün əvvəl Qırğızıstanla oynamışdınız. İki komandanı müqayisə edə bilərsiniz?
- Fərqlər var, amma müqayisə etmək istəmirəm. Qazaxıstan komandası səliqəli və güclüdür.
Oxşar xəbərlər
"Bu oyunun bizə faydası olacaq" - Qurban Qurbanov
"Komandam qalib gəlmək üçün hər şeyi edəcək" - Qurban Qurbanov
Qurban Qurbanov: Millidə olmayan futbolçulara şans verəcəyik
Maksim Medvedev: "Qazaxıstanın indi hansı səviyyədə olduğundan xəbərim yoxdur"
Qurban Qurbanov:"Əksər komandalar bizə qarşı müdafiə futbolu nümayiş etdirir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası