"Bu oyunun bizə faydası olacaq" -Qurban Qurbanov
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 6-cı turunda "Sabah”a səfərdə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Sportfm.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda fikirlərini bildirib.
- Futbolçularımı təbrik etmək istəyirəm. Layiqli qələbə qazandıq. Həddən artıq çətin oyun oldu. Buna baxmayaraq, oyunun dinamikasını qoruyub saxlaya bildik. Rəqib müdafiə olunmağı bacaran komandadır. Eyni zamanda, əks-hücuma çıxmağı da bacarırdılar. Çox çətinlik çəkdik. Bununla belə intizamlı oynadıq. Oyuna xeyli sayda azarkeşimiz gəlmişdi. Onların dəstəyini hiss edirdik.
- "Arsenal”la oyun öncəsi bu cür rəqibə qarşı oynamaq sizin üçün nə dərəcədə sərfəli idi?
- Əlbəttə, fərqli üslubda oynayan komandalardır. Amma futbolçular bu gün xeyli əziyyət çəkdi. Çoxsaylı mübarizəyə şahidlik etdik. Düşünürəm ki, bu qarşılaşmanın bizə faydası olacaq.
- Emeqara və Delarjı oyuna daxil etməyi əvvəlcədən planlaşdırmışdınız, yoxsa nəticəyə görə bunu etdiniz?
- İki dəyişiklik planlaşdırılmışdı. Bu gün düşündüyüm kimi hər şey tam alınmadı, ona görə də bu dəyişikliklərə əl atdım.
- "Sabah”ın heyətində milliyə dəvət almağa namizəd varmı?
- İndidən konkret fikir bildirmək istəmirəm. Cavid İmamverdiyev onsuz da daim dəvət olunur. Amma xüsusi bir ad çəkə bilməyəcəm.(qol.az)
Oxşar xəbərlər
"İstədiyimiz kimi rotasiya edə bilmirik" - Qurban Qurbanov
Qurban Qurbanov: "Avtobus qurma dəb halına düşüb"
"Bunu Mahir Mədətovun atasından soruşun" - Qurban Qurbanov
Qurban Qurbanov:"Futbolçularım üz üzərlərinə düşən yükün öhdəsindən gələcək"
Qurban Qurbanov: "Qalib gəlmək istəyirik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası