Qurban Qurbanov:Millidə olmayan futbolçulara şans verəcəyik
Milli komandamız sabah Qazaxıstan yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
Sportfm.az xəbər verir ki, millimizin baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransında qarşılaşma ilə bağlı fikirləırini bildirib:
“Düşünürəm ki, bizi yaxşı və maraqlı oyun gözləyir. Qazaxıstan yığmasının təcrübəli yeni məşqçisi var. İşlədiyi yerlərdə müsbət nəticələr qazanıb. Rəqibin Bolqarıstan və Macarıstan yığmaları ilə oyununu izləmişəm. Baxımlı futbol sərgiləyirlər. Biz də çalışacağıq ki, həm yaxşı oyun nümayiş etdirək, həm də müsbət nəticə qazanaq. Qırğızıstan yığması ilə oyunla müqayisədə dəyişikliklər olacaq. Oyunun gedişində də dəyişikliklər edib uzun müddət millidə olmayan futbolçulara da şans verəcəyik”.
Oxşar xəbərlər
"İddialı qrupa düşdük" - Qurban Qurbanov
"Rəqibin təcrübəli futbolçuları var" - Qurban Qurbanov
“Oyunçularımın gücü çatmadı” – Qurban Qurbanov
Qurban Qurbanov: Çox nöqsanlar var
"Turnir bizim üçün yaxşı təcrübə olacaq" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası