reklam
Nigeriya məğlub oldu, Portuqaliya qol vura bilmədi
Sportfm.az xəbər saytı

Nigeriya məğlub oldu, Portuqaliya qol vura bilmədi


Bir sıra milli komandalar hazırlıq matçlarında qarşı-qarşıya gəliblər.

Sportfm.az xəbər verir ki, bunların arasında Rusiyada keçiriləcək DÇ-2018-in iştirakçıları da var.

Mundialın favoritlərindən hesab olunan Almaniya yığması qonşusu Avstriya ilə üz-üzə gəlib. Klagenfurtda baş tutan görüş "bundestim"in 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Uembli" stadionunda isə iki DÇ iştirakçısı qarşılaşıblar. Meydan sahibi İngiltərə millisi Nigeriyanı məğlub edib - 2:1.

İsveç - Danimarka matçında qalib müəyyənləşməyib.

Gecənin ən maraqla gözlənilən görüşü Belçika ilə Portuqaliya arasında olub, bu qarşılaşmada qol olmayıb.

Hazırlıq oyunları

2 iyun

Avstriya - Almaniya - 2:1

Qol: Hinteregger, 53, Şopf, 69 - Məsut Özil, 11

İngiltərə - Nigeriya - 2:1

Qollar: Keyhill, 7, Keyn, 39 - Ayvobi, 47

İsveç - Danimarka - 0:0

Monteneqro - Sloveniya - 0:2

Qollar: Bejak, 39, Zayç, 79

Belçika - Portuqaliya - 0:0

İrlandiya - ABŞ - 2:1

Qollar: Burke, 57, Cuce, 90 - Vud, 45+1

İslandiya - Norveç - 2:3

Qollar: Finnnboqasson, 30, Siqurdsson, 70 - Jonsen, 15, King, 80, Sorlot, 85

Oxşar xəbərlər

Braziliya qalib gəldi, Andorra sensasiya etdi
İtaliya və Türkiyə yığmamızla eyni qrupda
DÇ-2018: Norveç məğlub oldu, Şimali İrlandiya qalib gəldi
İngiltərə əlavə vaxtda iki qol vurdu - DÇ-2018
Yığmamızı böyük hesabla məğlub edən Şimali İrlandiya, evdə darmadağın oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər