"Neftçi"nin məşqçisi: Mən hazırda işimin başındayam -AÇIQLAMA
Bu gün Sportfm.az saytında "Kamran Quliyev "Neftçi"yə prezident təyin edildikdən sonra başladığı "təmizləmə" işlərinə davam edir"(oxu:http://sportfm.az/xeberler/futbol/14338-kamran-quliyev-tmizlm-ilrin-davam-edir-ki-mqi-neftidn-qovuldu-zl.html)başlıqlı yazıda klubdan göndərildiyi deyilən, "ağ-qaralar"ın 15 yaşlılarının çalışdırıcısı Zaur Seyidov redaksiyamızı arayaraq, işinə davam etdiyini, qarşıda komandasını vacib oyuna çıxaracağını söyləyib:"Mən hazırda işimin başındayam. Rəhbərlik etdiyim komanda Respublika gününə həsr edilən turnirdə çıxış edir. Komandamız yarımfinala vəsiqə qazanıb. Heyətdə olan futbolçular da zəng vurub soruşur ki, "Zaur müəllim işdən çıxmısınız?". Belə bir şey yoxdur. Olsaydı, rəhbərlik mənə informasiya verərdi."
Qeyd edək ki, Respublika gününə həsr edilən turnirinyarımfinalında «Neftçi» «Keşlə» ilə, «Səbail» isə «Vətən»lə qarşılaşacaq. Bu mərhələnin oyunları mayın 29-da «İnter Arena»nın əsas meydanına təyin olunub. «Səbail» - «Vətən» matçı saat 16:00-da, «Neftçi» - «Keşlə» oyunu isə 18:00-da başlayacaq. Turnirin finalı və 3-cü yer uğrunda oyun isə mayın 31-də «Bayıl Arena»da keçiriləcək.
Oxşar xəbərlər
U-16 millimizə futbolçu seçimi məqsədilə turnir start götürür
U-16 Liqası: "Neftçi" "bürünc"ün bir addımlığında
U-16 Liqası: "Vətən" çempionu məğlub edə biləcəkmi?
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası