reklam
Kamran Quliyev
Sportfm.az xəbər saytı

Kamran Quliyev "təmizləmə" işlərinə davam edir -İki məşqçi "Neftçi"dən qovuldu - ÖZƏL


Kamran Quliyev "Neftçi"yə prezident təyin edildikdən sonra başladığı "təmizləmə" işlərinə davam edir. 

Sportfm.az saytının əldə etdiyi məlumata görə, bu dəfə sıra Tərlan Əhmədovun kadrlarına çatıb. Belə ki, "Neftçi"nin əvəzedicilərindən ibarət komandasını çalışdıran Vadar Nuriyevlə yollar ayrılıb. Mövsümün gedişində Əhmədovun kluba gətirdiyi Nuriyev "ağ-qaralar"ın gəncləri ilə 8 komanda arasında 7-ci yeri tutaraq, uğursuzluğa düçar olub. Həmçinin əsas komandanın baş məşqçisinin digər kadrı, 15 yaşlıların çalışdırıcısı Zaur Seyidov da klubdan göndərilib. 

Qeyd edək ki, Seyidovun rəhbərlik etdiyi 15 yaşlılardan ibarət komandada mövsümü 7-ci yerdə başa vurub. 

Oxşar xəbərlər

Mirbağır İsayev "Neftçi"də - ÖZƏL
"Neftçi"də Tərlan Əhmədovun daha bir "kadrı" "vuruldu" - ÖZƏL
"Neftçi"nin məşqçisi: Mən hazırda işimin başındayam - AÇIQLAMA
"Səbail"də yeni təyinat - ÖZƏL
"Neftçi"nin gəncləri təcrübəli mütəxəssisə etibar edildi - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər