U-16 millimizə futbolçu seçimi məqsədilə turnir start götürür
Mayın 22-dən 31-ə kimi Bakıda 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş futbol turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, «Vətən» RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və «Het-trik news» qəzetinin informasiya dəstəyi ilə keçiriləcək turnirdə 8 komanda 2 qrupda yarışa qoşulacaq. Qruplarda ilk 2 yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Turniri keçirməkdə həm də məqsəd U-16 millimizə futbolçu seçiminin aparılmasıdır.
Dünən püşk atılıb və qruplar, eyni zamanda təqvim müəyyənləşib.
«A» qrupu
- «Vətən»
- «Qarabağ»
- «Neftçi»
- «Neftçi» İK İB
«B» qrupu
- «Keşlə»
- «Zirə»
- «Sumqayıt»
- «Səbail»
1-ci tur
22 may (çərşənbə axşamı)
16:15 «Zirə» - «Sumqayıt»
17:45 «Keşlə» - «Səbail»
23 may (çərşənbə)
16:15 «Qarabağ» - «Neftçi»
17:45 «Vətən» - «Neftçi» İK İB
2-ci tur
24 may (cümə axşamı)
16:15 «Səbail» - «Zirə»
17:45 «Keşlə» - «Sumqayıt»
25 may (cümə)
16:15 «Neftçi» İK İB – «Qarabağ»
17:45 «Vətən» - «Neftçi»
3-cü tur
26 may (şənbə)
16:15 «Sumqayıt» - «Səbail»
17:45 «Zirə» - «Keşlə»
27 may (bazar)
16:15 «Neftçi» İK İB – «Neftçi»
17:45 «Qarabağ» - «Vətən»
Yarımfinal oyunları mayın 29-u, 3-cü yer və final matçları isə mayın 31-ə təyin olunub. Bütün oyunlar «Neftçi Baza»da keçiriləcək. Yalnız 3-cü yer uğunda və final qarşılaşmaları «Bayıl Arena»da baş tutacaq.
Het-trik news» qəzeti
Oxşar xəbərlər
U-16 Liqası: "Bürünc""Neftçi"!
Bakıda "Respublika günü" turniri keçiriləcək
U-16 Liqası: "Vətən" çempionu məğlub edə biləcəkmi?
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası