reklam
Komandamız Avropa Liqasında neçənci yerdədi?
Sportfm.az xəbər saytı

Komandamız Avropa Liqasında neçənci yerdədi?


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, A qrupunda yer alan yığma Bolqarıstanla üz-üzə gəlib. 

Voleybol Mərkəzində baş tutan qarşılaşma Faiq Qarayevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda isə Ukrayna Portuqaliyanı sınağa çəkib. Ukrayna bu görüşdə rəqibini 3:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu nəticədən sonra aktivində 9 xalı olan Azərbaycan yığması turnir cədvəlində Bolqarıstanla birlikdə 1-2-ci yerləri bölüşdürür. Ukraynanın 6 xalı olduğu halda, Portuqaliya hələ də xal qazanmayıb.

Qızıl Avropa Liqası

A qrupu

IV tur

30 may

18:00. Azərbaycan - Bolqarıstan 3:1 (25:20, 23:25, 25:21, 25:21)

Hakimlər: Kristian Volf (İsveçrə), Eldar Zülfüqarov (Azərbaycan)

Bakı, Voleybol Mərkəzi

Oxşar xəbərlər

Millimiz səfərdə Ukraynaya qalib gəldi
Millimiz Bolqarıstanı qəbul edəcək
Millimiz Qızıl Avropa Liqasında ikinci qələbəsini qazandı
Voleybolçularımız ilk görüşünü Ukraynaya qarşı keçirəcək
Avropa Liqasında iştirak etməyəcəyik - Rəsmi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər