İkinci Liqada medallar təqdim edildi, "hamı yerini bildi" -FOTO
Futzal üzrə İkinci Liqada mövsümün son oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, qarşılaşmalar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Fikrət Zeynalov (“İçəri Şəhər”) ən gənc oyunçu, Əli Mirzəyev (“Hövsan”) ən yaxşı qapıçı, Nicat Qafarlı (“Obolon”) ən yaxşı oyunçu seçilib. “Təbriz”in üzvü Abid Qasımov isə liqanın bombardiri olub.
“İçəri Şəhər”ə bürünc, VİP-ə gümüş, “Obolon”a isə qızıl medallar təqdim edilib. Komandalara mükafatları İkinci Liqa üzrə kordinator Xosrov Məmmədov, ən yaxşı qapıçıya mükafatı millinin sabiq kapitanı və qapıçısı Marat Salyanski təqdim edib. Bu dəfə tədbir Birinci Liqanın mükafatlandırılmasından fərqli olaraq qaranlıq yox(oxu:http://sportfm.az/futzal/13991-qaraba-qaranlq-zaldak-mkafatlandrmaya-glmdi-foto.html), işıqlı zalda baş tutub. Həmçinin Yüksək Liqanın klublarına təqdim olunan medalların əksinə, saytımızda gedən yazıdan sonra(oxu:http://sportfm.az/futzal/13984-kapitann-qarsnda-ba-yn-kapitan-mkafatn-almayan-alesio-v-yersiz-medallar-qeyd.html)İkinci liqanın mükafatçılarının fərqlənmə nişanında yerlərin qeyd olunması sevindirici haldır. Qalibə verilən kubok və fərqlənən oyunçulara təqdim edilən suvenirlərin isə daha yaxşısının olacağını sadəcə arzulamaq qalır...

Oxşar xəbərlər
U-17 Liqasının qalibləri mükafatlandırıldı - FOTO
"Qəbələ" layiq olduğunu aldı - FOTO
“Vətən” U-12 Liqasının qalibi oldu - FOTO
“Mançester Yunayted” U-14 Liqasının qalibi oldu - VİDEO
"Qarabağ" qaranlıq zaldakı mükafatlandırmaya gəlmədi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası