reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" qaranlıq zaldakı mükafatlandırmaya gəlmədi -FOTO


Futzal üzrə Birinci Liqada mövsümə yekun vurulub.

Sportfm.az xəbər verir ki, ötən gün turnirin mükafatlandırma mərasimi keçirilib. Bakı İdman Sarayında, işıqlar sönmüş vəziyyətdə baş tutan tədbirdə “Hell Energy” komandasına qızıl medallar təqdim edilib. Hikmət Bağırov (“Hell Energy”) ən yaxşı baş məşqçi, Fuad Cəfərov (“Hell Energy”) ən yaxşı oyunçu, Malik Rəhmanov (ADBTİA) ən yaxşı qapıçı seçilib. Mövsüm ərzində 70 qol vurmuş Orxan Səfiyaroğlu (“Qarabağ”) birinciliyin bombardiri olub. 

Komandalara mükafatları futzal federasiyasının baş katibi Mahmud Sadıqov təqdim edib. Birinci Liqada bürünc qazanan “Qarabağ” və gümüşə yiyələnən “Baku Fire” komandaları isə tədbirdə iştirak etməyib. Bunun səbəbi isə futzal federasiyasının pley-off oyunlarını ləğv etməsidi. 

Oxşar xəbərlər

"Qarabağ" "Yeni Günəşli"yə gücünü göstərdi
"Baku Fire" çətin sınaq qarşısında
Görüşlərin vaxtında dəyişiklik edildi - Azərbaycanda
"Hell Energy" əsas rəqiblərindən birini zərərsizləşdirdi
“Baku Fire” liderliyə yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər