U-15 Liqası:"Vətən"dən vacib qələbə
Bu gün “Boulevard U-15 Liqası"nda 23-cü turdan təxirə salınmış oyun keçirildi.
Sportfm.az xəbər verir ki, «Vətən» «Neftçi Baza»da «Zirə»ni qəbul etdi. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Yeganə qolu 4-cü dəqiqədə «Vətən»in hücumçusu Şahin Kərimli vurdu.
Qələbə «Vətən»in çempionluğa 1 addım da yaxınlaşdırdı. Qızıl medallar üçün İlqar Mənsimovun komandasına «Qarabağ»la oyunda 1 xal da bəs edəcək. Əgər 26-cı turlardan təxirə salınmış «Neftçi» - «Qəbələ» oyununda qonaqlar qalib gəlməsə, o halda «Vətən» 1-ci yeri vaxtından əvvəl təmin edəcək. «Neftçi» - «Qəbələ» matçı sabah Binə qəsəbə stadionunda keçiriləcək. Qarşılaşmaya 15:00-da start veriləcək.
Yeri gəlmişkən, «Vətən»in qələbəsi «Keşlə» üçün düşərli oldu. Bu komanda sonuncu turun nəticələrindən asılı olmayaraq 3-cü yeri qarantiyaya aldı.
Bombardirlər: Elvin Abdullayev («Vətən») – 32 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 26 qol.
«Het-trik news» qəzeti
Oxşar xəbərlər
U-16 Liqası: "Bürünc""Neftçi"!
U-16 Liqası: "Neftçi" "bürünc"ün bir addımlığında
U-15 Liqası: Çempion sabah məlum ola bilər
U-16 Liqası: "Vətən" çempionu məğlub edə biləcəkmi?
"Viləş" Masallıda bərabərə qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası