Həndbolçularımız qələbə ilə başladı
Heydər Əliyevin 95 illiyinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirə start verilib.
Sportfm.az xəbər verir ki, yarışda Azərbaycan və Gürcüstanın kişi həndbol komandaları mübarizə aparırlar. Ölkəmizi turnirdə “Bakı” və “Məhsul” kollektivləri təmsil edir. Həndbolçularımızın rəqibləri isə Gürcüstanın U-20 və “Batumi” komandalarıdır.
Turnirin açılış mərasimində iştirak edən federasiyanın vitse-prezidenti Orxan Abbasov öz nitqinə Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamı ilə başlayıb. O, dahi şəxsiyyətin idmana göstərdiyi diqqət, qayğıdan danışıb, Prezident İlham Əliyevin bu siyasəti davam etdirməsi nəticəsində Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb.
Vitse-prezident təmsilçilərimizin idmanın hər bir sahəsində əldə etdiyi nailiyyətlərin uğurlu siyasətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
O.Abbasov qonaqları gürcü dilində salamlayıb və komandalara uğurlar arzulayıb.
Daha sonra turnirin ilk gününün qarşılaşmaları keçirilib.
"Bakı" komandası Gürcüstanın U-20 kollektivini 36:34, "Məhsul" isə "Batumi"ni 37:28 hesabı ilə məğlub edib.
Bu gün "Batumi" həndbolçuları nominal ev sahibi kimi "Bakı"nı, Gürcüstanın U-20 komandası isə "Məhsul"u qəbul edəcək.
Turnirə mayın 11-də yekun vurulacaq.
Oxşar xəbərlər
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirin açılış mərasimi keçirildi
Azərbaycan çempionatına yekun vuruldu
Həndbol üzrə Azərbaycan kuboku yarışlarına start verildi
Bakıda həndbol üzrə beynəlxalq turnir keçiriləcək
Həndbol üzrə XXV Azərbaycan çempionatına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası