Lənkəranlı pəhləvandan unudulmaz çempionluq
“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Hüseyn Ağayev Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə ardıcıl iki erməni güləşçini məğlub edərək turnirin qalibi olub.
Sportfm.az xəbər verir ki, iki gün davam edən yarışda 4 lənkəranlı idmançı iştirak edib. Onlardan 3-ü turnirin medallarına sahib çıxıb.
Lənkəranlı güləşçilərdən Yusif Mirzəyev 22, Ramazan Hüseynov 29, Hüseyn Ağayev 32 və Alişan Verdiyev 35 kiloqram çəki dərəcələrində güclərini sınayıblar. Onlardan ikisi birinci, ikisi isə üçüncü yeri tutub.
Turnirdə Hüseyn Ağayevin çıxışı daha yaddaqalan olub. Yarımfinalda erməni rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksələn lənkəranlı idmançı bu uğuru final görüşündə də təkrarlayıb. O, erməni rəqibini cəmi 50 saniyəyə məğlub edib. (Azərtac)
Oxşar xəbərlər
Azərbaycanlı güləşçi erməni idmançını biabırçı fərqlə məğlub etdi
"Təhsil"in idmançıları Slovakiyada 3 medal qazandı - FOTO
Azərbaycanlı idmançılar Slovakiya Qran-prisində 3 medal qazandı - FOTO
Erməniləri məğlub edən məktəblilərimiz çempion oldu – FOTO
Azərbaycan sumoçusu beynəlxalq turnirin qalibi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası