reklam
Azərbaycan sumoçusu beynəlxalq turnirin qalibi oldu
Sportfm.az xəbər saytı

Azərbaycan sumoçusu beynəlxalq turnirin qalibi oldu


Sumoçularımız Gürcüstanın Batumi şəhərində keçirilən “Kokkay Sumo Open 2019” beynəlxalq turnirində iştirak ediblər.

Sportfm.az xəbər verir ki, turnirdə Azərbaycan və Gürcüstan ilə yanaşı, Rusiya, Ukrayna, Macarıstan, Polşa, İtaliya və Hindistandan 150 idmançı gücünü sınayıb.

Mütləq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev ilk mərhələdə gürcüstanlı idmançını məğlub edib. Polşa idmançısı ilə dueldən də qalib ayrılan C.Feyziyev dörddəbir finalda rusiyalı rəqibini məğlub edək yarımfinala yüksəlib. Sumoçumuz yarımfinalda Gürcüstan təmsilçisini mübarizədən kənarlaşdırıb. Finalda rusiyalı sumoçu ilə üz-üzə gələn C.Feyziyev rəqibini məğlub edərək turnirin qalibi adını qazanıb.

Yarışda ölkəmizi Nahid Vəliyev, Məhərrəm Eyvazov (hər ikisi 70 kq), Əmrah Əhmədov, Elməddin Ramazanov (hər ikisi 85 kq), Rəsul Həsənov (92 kq) və Camal Feyziyev (115 kq yuxarı və mütləq çəki) təmsil ediblər.

Oxşar xəbərlər

Sumoçumuz qızıl medal qazandı - Dünya çempionatı
Cüdoçularımız Avropa çempionatından medalsız döndü
Azərbaycan idmançısı dünya çempionu oldu
Sumoçularımız Avropa çempionatında mübarizə aparırlar
Sumo tarixində görünməyən olay! - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər