reklam
Azərbaycanlı güləşçi erməni idmançını biabırçı fərqlə məğlub etdi
Sportfm.az xəbər saytı

Azərbaycanlı güləşçi erməni idmançını biabırçı fərqlə məğlub etdi


Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin ikinci kurs tələbəsi İlkin Qənbərli Qazaxıstanın paytaxtı Nur-Sultanda WORLD GAMES 2022 çempionatının qalibi olub. 

Sportfm.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində güləşən İ.Qənbərli fransalı rəqibinə 4:3 hesabi ilə qalib gələrək, 1/16 mərhələyə adını yazdırıb. Təmsilçimiz həmin mərhələdə amerikalı rəqibinə 1:2 hesabı ilə qalib gəlib. 1/8 finalda İ.Qənbərli braziliyalı rəqibini  8:0 hesabı ilə məğlub edərək, 1/4 finala keçib. O, 1/4 finalda Çin güləşçisinə 7:0 hesabı ilə qalib gǝlib. Təsnifat mərhələsində 3 qat dünya çempionu olan yaponiyalı rəqibini 8:3 hesabı ilə məğlub edən İ.Qənbərli yarımfinal mərhələsinə vəsiqə qazanıb. 

Yarımfinal görüşündə "Terminator" ləqəbli güləşçimiz argentinalı rəqibinə 9:5 hesabı ilə qalib gələrək, final mərhələsinə keçib. 

Final görüşündə tələbəmiz erməni güləşçisi Varşam Boranyanı 11:0 hesabı ilə məğlub edərək, yarışın qalibi olub. 

Qeyd edək ki, bu, İ.Qənbərlinin erməni idmançı üzərində ilk qələbəsi deyil. O, ötən ilin 13-15 fevral tarixlərində Fransanın paytaxtı Parisdə yunan-Roma güləşi üzrə keçirilən beynəlxalq turnirin də qalibi olub. O, həmin yarışda erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edib.  İ. Qənbərli həmçinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir

Oxşar xəbərlər

2 idmançımız finalda - Dünya çempionatı
Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi - Avropa çempionatı
Güləşçimiz erməni rəqibini məğlub etdi - Fərdi Dünya Kuboku
Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəldi - VİDEO
Qadın güləşçimiz finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər