• 17:28 Cümə
    22 Yanvar 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Şahin Diniyev:

Şahin Diniyev: Heç onunla danışıq aparmırlar

Azərbaycan milli komandasının sabiq baş məşqçisi, son olaraq "Kəpəz"i çalışdıran Şahin Diniyev müsahibə verib. 
Sportfm.az saytı həmin müsahibəni sizlərə təqdim edir. 
- "Kəpəz"dən ayrıldıqdan sonra təkliflər almısız?
- Mövsüm başa çatır. Yenilik yoxdur. İndi kimə təklif olsun? 
- Bəzi klublar növbəti mövsümün planlarını cızır. Sizinlə əlaqə saxlayan olmayıb?
- Zavallı Luis Enrike “Barselona”nı çempion etdi, amma indi işsizdir. Heç onunla danışıq aparmırlar. Reklam xətrinə çox şey demək olar. Məsələn, klubun adın çəkməyim, amma deyim ki, təkliflər yağır. Xeyr, belə deyil. Səmimi olmaq lazımdır. 
- Azərbaycan çempionatını yəqin ki, izləyirsiz. Kənardan necə mənzərəyə şahidlik edirsiz?
- Bütün oyunlara baxa bilmirəm. Amma hər turu izləyirəm. Daha çox Kərimlə Coşqunun oyunlarına baxmağı seçirəm. Kərimlə Coşqunun oyunlarında müsbət və mənfi cəhətlər var. Üzərlərində işləməlidrilər. Çünki potensialları var. Daha da yaxşı oynaya bilərlər. Coşqun bu mövsüm çox oynayıb. Hələ gəncdir. “Qarabağ” kimi komandada 85 faiz oyun keçirmək yaxşı göstəricidir. Məşqçi tərəfdən bütün futbolçulara şans verilir. 
- “Kəpəz”in qış fasiləsindən sonra çıxışını necə qiymətləndirirsiniz?
- Mənim üçün “Kəpəz” səhifəsi bağlanıb. Nəsə danışmağım düzgün olmaz. Mən orda uzun müddət çalışmışam. “Kəpəz”ə uğurlar arzu edirəm. Çünki Gəncə fanatları buna layiqdir. 
- Çempionatda 1-ci və 2-ci yer arasında 12 xallıq fərq var. Bu səbəbdən bir çox mütəxəssislər çempionatımızın maraqsız keçdiyini söyləyir...
- Hadisələr o zaman maraqsız olur ki, sonu əvvəlcədən görürsən. Filmlərdə sonluğu bilməyəndə axıra kimi maraqla izləyirsən. Bizim çempionatın maraqsızlığı ondan irəli gəlir ki, artıq mövsümün gedişində “Qarabağ”ın çempion olacağı bəllidir. Autsayderlər də məlumdur. Avrokuboklara vəsiqə uğrunda yer mübarizəsi maraqlı gedir. Məncə, “Qəbələ” də məsələni həll edib. “Sumqayıt”, “Zirə” və “Neftçi” arasında maraqlı yarış gedir. “Neftçi” və “Sumqayıt” kubokda da mübarizə aparır. “Zirə” isə avrokboklara vəsiqə üçün yalnız çempionata gözünü dikib. “Keşlə” isə ümidini kuboka saxlayıb. Bu baxımdan maraqlı mübarizə var. 
- Çempionatda komandaların sayının artırlması hər zaman müzakirə edilir. Sizcə, Premyer Liqada rəqabəti artırmaq üçün nə etmək lazımdır?
- Bu işin içində olan insan kimi bir söz deyim ki, azarkeşdən tutmuş federasiyaya kimi hamı komandaların sayının çox olmasını istəyir. Ancaq kəmiyyət keyfiyyəti öldürəcək. Tutaq ki, elədik 14 komanda. Ancaq bu 14 klubu təmin edəcək yerli futbolçularımız var? Bu qədər komandanı saxlamaq üçün maliyyə varmı? Bu gün bir çox komandanı AFFA himayə edir. Futbolda iş adamlarının olması yaxşı olardı. Bir zamanlar belə olub. O zaman maraqlı mübarizə də var idi. Amma indi sponsor yoxdur. Federasiyanı da qıamaq olmaz ki, niyə 8 klub yarışır? Bəli, maraqsızdır, çünki bir komanda eyni mövsümdə rəqibiylə 4 dəfə qarşılaşır. Kubok görüşlərini də nəzərə alsaq, bu rəqəm 6 olur. Maliyyənin yaxşı olması klubların sayını artıra bilər. Elə olan halda səviyyəli legionerlər də gətirmək mümkündür. Bunlar böyük məsələlərdir. 100-200 min manatla komanda saxlamazlar. Burada milyonlardan söhbət gedir. Futbolun qalxması şəxslərdən asılıdır. Sponsorlar gəlməlidir. Avtomatik olaraq uşaq futbolu da yüksələcək. I Diviziondan hansı komanda gəlsin? Bir çoxu AFFA-nın klubudur. Digərlərində isə büdcə çox aşağıdır. Nəsə etmək çətindir... Zaman həmişə dəyişir. Bir dönəm gələcək, bunlar da aradan qalxacaq.(sportal.az)
 
скачать dle 10.4 UTF-8Forex для начинающих

11-04-2018
575
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
24-09-2020
“Mən hər zaman öz oyunumdan narazıyam” -
“Mən hər zaman öz oyunumdan narazıyam” - Coşqun Diniyev
12-09-2020
"Niyə də çempion olmayaq?!" - Yunis Hüseynov
24-05-2020
"Milliyə rəhbərlik edə biləcək məşqçilərimiz də var” - Vaqif Sadıqov
30-09-2019
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
10-09-2019
“Ürəyim “Qarabağ”la döyünür” -
“Ürəyim “Qarabağ”la döyünür” - Reynaldo Silva
28-06-2019
“Mən “Barselona”ya qayıdacağam” -
“Mən “Barselona”ya qayıdacağam” - Qvardiola
20-02-2019
"Qoy, azərbaycanlılar oynayıb, məğlub olsunlar" - Emin Quliyev
15-11-2018
Kamal Quliyev:
Kamal Quliyev: "Neftçi" üçün ac-susuz oynayanda indiki rəhbərlik kim bilir, harda eşələnirdi"
23-09-2018
“Neftçi” meydanda yox kimi idi”  -
“Neftçi” meydanda yox kimi idi” - Anar Nəzirov
19-05-2018
Sabah AFFA–nın planı açıqlanacaq
Sabah AFFA–nın planı açıqlanacaq
14-05-2018
Yunis Hüseynov:
Yunis Hüseynov: "Hələ bilinmir, komanda olacaq, ya olmayacaq"
11-04-2018
Yunis Hüseynov:
Yunis Hüseynov: Normal çıxış edirik
8-04-2018
"Çempionluğu əldən vermişik, ikinci yerə oynayırıq" - Cavid Hüseynov
8-03-2018
"Kəpəz"in yeni transferi: Bizdən əvvəl heyətdə olan oyunçular zəif olub
5-03-2018
Hamı qol vurdu,
Hamı qol vurdu, "Qəbələ" uduzdu
  Xəbər Lenti
Yunanıstan-Azərbaycan oyununun hakimləri açıqlandı - Avropa çempionatı 22.01.2021, 15:28
Ronaldonun rekorduna etiraz edildi - 61 qol daha vurmalıdır 22.01.2021, 15:05
“Real”ın oyununun vaxtı dəyişdi - 2-ci dəfə 22.01.2021, 14:23
"Atletiko"ya qol vuran qapıçıdan tarix gostərici - İlk qol vuran 22.01.2021, 14:21
İngiltərəli qapıçı Ginnesin Rekordlar kitabına düşdü - Beqoviçi qabaqladı 22.01.2021, 13:49
Super Liqa klubunda 4 transfer birdən - RƏSMİ 22.01.2021, 13:37
Polşa klubları Mahir Emreliyə elçi düşdü - Daha bir təklif 22.01.2021, 13:19
Monako” “Marsel”ə qarşı - AFİŞA 22.01.2021, 12:35
"Napoli"nin oyunçusu "Marsel"də - RƏSMİ 22.01.2021, 12:33
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  1 3
2 Neftçi  1 3
3 Keşlə  1 3
4 Qəbələ   1 1
5 Zirə  1 1
6 Səbail 1 0
7 Sumqayıt 1 0
8 Sabah 1 0
Ətraflı
23-12-2020
“Heç nə bitməyib” -
“Heç nə bitməyib” - Nurlan İbrahimov
17-01-2021
"Matç bitəndən sonra mənə yaxınlaşıb gözəl oyuna görə təşəkkür etdi" - Rafiq Əlizadənin əziz xatirəsinə
24-12-2020
2020-ci ilə yekun vuruldu -
2020-ci ilə yekun vuruldu - Azərbaycan Premyer Liqası
26-12-2020
Hacı karyerasını bitirir -
Hacı karyerasını bitirir - "Qızıl medal qazansam, bəlkə idmanı ataram"
26-12-2020
Millimiz neçəncidir? -
Millimiz neçəncidir? - UEFA reytinqi
5-01-2021
XIV turun oyun cədvəli məlum oldu -
XIV turun oyun cədvəli məlum oldu - Premyer Liqa
3-01-2021
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
9-01-2021
"Sumqayıt" ağır xəstəlikdən çıxıb" - Ayxan Abbasov
25-12-2020
İlin bombardiri açıqlandı -
İlin bombardiri açıqlandı - UEFA kimi seçdi?
12-01-2021
"Məndən sonra hamıya ipponla qalib gəldi" - Orxan Səfərov
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 17 37
2 Səbail-2 Zaqatala 18 36
3 Zaqatala 17 35
4 Sabah-2 18 32
5 Neftçi-2 18 29
6 Kəpəz 18 28
7 Keşlə-2 17 25
8 Sumqayıt-2 17 24
9 Qarabağ-2 17 24
10 MOİK 16 19
11 Ağsu 18 13
12 Zirə-2 17 11
13 Qaradağ Lökbatan 18 7
       
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb