• 10:59 Çərşənbə axşamı
    13 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Çempionluğu əldən vermişik, ikinci yerə oynayırıq" - Cavid Hüseynov

"Qəbələ"nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XXII turunda “Zirə” ilə 1:1 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportfm.az həmin müsahibəni təqdim edir.

- Bu gün qələbə qazanmağınıza nə, yaxud kim mane oldu?

- Siz istəyirsiniz ki, hakimlərin adını deyim? (gülür) Əlavə danışmayım, özünüz qiymət verin. Baqali Dabonun epizodu çox sadə idi. Pentali təyin edilməli idi. “Zirə”nin qapıçısı Anar Nəzirov onun ayağına vurur, referi penalti təyin etmək əvəzinə başqa qərar qəbul edir.

“Zirə” ilə oyunlarımız həmişə ağır olur. İki fərqli hissə alındı. İlk yarıda zəif çıxış etdik, lakin fasilədən sonra yaxşı oynadıq.

- Adətən, “Qarabağ”ın futbolçularında müsahibə alan zaman onlarda “hakim sizə qarşı niyə bu cür qərar verdi”, - deyə soruşmağımız yadımıza gəlmir. Amma “Qəbələ”də tez-tez belə hallar olur. Bu nədən irəli gəlir?

- Gəlin belə danışaq, məni belə şeyə çəkməyin. Bu suala cavab verə bilmərəm. Düzgün olmaz. Ancaq bu gün baş hakim (Rəvan Həmzəzadə - red.) “Qəbələ”nin qələbə qazanmasına mane oldu.

- Hətta referinin üstünə şığıdınız...

- Aşkar görünürdü ki, yüz faizlik epizod idi. Hamı görür, penalti versən, heç kim səni qınayan deyil. Hər iki epizodda vermək olardı. Amma nədənsə susurdu. Belə olan halda hisslərini cilovlaya bilmirsən. Biz də əziyyət çəkirik və bunun bəhrəsini görmək istəyirik. İnsandır, hakim də səhv edə bilər. Amma yüz faizlik epizodda yox da.

- Bu cür hallara görə siz də videotəkrar (VAR) sisteminin tərəfdarısınız?

- Bu sistemin nə dərəcə maraqlı olacağını deyə bilmərəm. Bu gün VAR sistemi olsaydı, hər iki epizodda rəqibin qapısına penalti təyin ediləcəkdi.

- İlk hissədə Dmitri Bezotosnunun epizodu barədə nə deyə bilərsiniz?

- Məncə, orda bizim qapımıza penalti vermək olardı.

- Çempionluq mübarizəsindən danışmağa dəyər?

- Xeyr, artıq gecdir. Çempionluğu əldən vermişik, ikinci yerə oynayırıq.

- Bəs, meydana hansı motivasiya ilə çıxırsınız?

- İndi Azərbaycan Kubokunu fikirləşirik. Heç kimə sirr deyil ki, bugünkü matçda özümüzü kuboka görə hazırlamışdıq. Özümüzü elə göstərməliyik ki, kubokda da bir-birimizi daha yaxşı başa düşərik.

- Sizdən fərqli olaraq, kubokun yarımfinalındakı rəqibiniz “Neftçi” yüksəlişdədir...

- “Neftçi” inkişafdadır. Açığı, bu, məni sevindirir. Azərbaycan futbolu üçün yaxşı haldır. Düzdür, çempionatda xal itiririk. Amma çempionatla kubok eyni deyil. İki oyundan ibarətdir, hər şey ola bilər.

- “Qarabağ” kubok yarışında olmadığı üçün “Qəbələ”nin qalib gəlməyə borclu olduğu düşünülür. Bununla razısınız?

- Tamamilə səhv fikirdir. “Sumqayıt” və “Neftçi” ideal formadadırlar. Onlar “Qarabağ”dan geri qalmırlar.

- Azərbaycan Kubokunu qazanmasanız nələrin baş verəcəyini düşünən zaman sizi vahimə basmır ki?

- Bunu heç yuxuda da görmək istəmirəm. (report.az)

скачать dle 10.4 UTF-8Forex для начинающих

8-04-2018
498
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
22-11-2020
"Qarabağ"la oyunda yaxşı nəticə qazanmalıyıq" - "Sivasspor"un prezidenti
24-08-2020
"Hər iki epizodda penalti təyin olunmalı idi" - Frits Ştuxlik
1-06-2020
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı -
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
10-04-2020
20 tur, 19 penalti və 16 qol -
20 tur, 19 penalti və 16 qol - STATİSTİKA
17-02-2019
Cavid Hüseynov:
Cavid Hüseynov: ""Qəbələ"nin büdcəsi kifayət qədər azalıb"
28-11-2018
"Qələbə qazanmağı bacardıq” - Səlahət Ağayev
24-09-2018
“Milli komanda mənim üçün maraqlı deyil” -
“Milli komanda mənim üçün maraqlı deyil” - Azərbaycanlı futbolçu
23-09-2018
“Neftçi” meydanda yox kimi idi”  -
“Neftçi” meydanda yox kimi idi” - Anar Nəzirov
18-09-2018
PFL prezidenti azarkeşlik etdiyi baş məşqçinin adını açıqladı
PFL prezidenti azarkeşlik etdiyi baş məşqçinin adını açıqladı
16-09-2018
Roberto Bordin:
Roberto Bordin:""Qarabağ"ın qapısına penalti təyin edilməli idi"
7-05-2018
"Baş məşqçimiz ona pis mənada bir söz demədi" - Maksim Medvedev
16-04-2018
Emin Mahmudov: Oynamaq daha asan oldu
Emin Mahmudov: Oynamaq daha asan oldu
14-03-2018
"Çempionluq 90 faiz əldən gedib"
23-11-2017
Qara Qarayev:
Qara Qarayev: "Hakimin buna görə penalti təyin etməsi gülməlidir"
30-10-2017
Ramin Musayev:
Ramin Musayev:"Səhv salmayın da..."
  Xəbər Lenti
"Böyük səhvə yol vermişəm" - Tovuzlu futbolçu 13.04.2021, 09:56
PSJ yarımfinala adlayacaqmı? - Çempionlar Liqası 13.04.2021, 09:06
Dibalanın sevgilisi izləyiciləri üçün rəqs etdi - VİDEO VİDEO 12.04.2021, 21:08
"Turan Tovuz" 3-0 "Sumqayıt" - VİDEO 12.04.2021, 20:55
FIDE Şəhriyar Məmmədyarovu təbrik etdi 12.04.2021, 20:38
"Səhv etmək olmaz" - "Qarabağ"ın oyunçusu 12.04.2021, 19:00
"Neftçi" və "Turan Tovuz"dan qələbə - I Divizion 12.04.2021, 18:55
AFFA TFF ilə VAR sistemini müzakirə etdi 12.04.2021, 17:30
Fərid 55 dəqiqə oynadı - Çexiya çempionatı 12.04.2021, 16:16
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
26-03-2021
Məşqçi kursları başa çatdı -
Məşqçi kursları başa çatdı - Tovuzda
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb