FİDE-nin Prezident Şurası təşkilat rəhbərinin istefasını tələb etdi
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidentlik Şurasının üzvləri təşkilatın rəhbəri Kirsan İllumcanovun dərhal istefasını tələb ediblər.
Sportfm.az xəbər verir ki, istefanın lehinə 14 şura üzvü səs verib. Qurumun üzvlərindən yalnız 1-i buna qarşı çıxıb.
Federasiyanın saytında bildirilir ki, K. İllumcanovun adı ABŞ-ın sanksiyalar tətbiq etdiyi şəxslərin siyahısındadır. Buna görə FİDE maliyyə çətinliyini yaşayır. Xüsusən Qərb bankları təşkilatla əməkdaşlıqdan imtina ediblər.
Ağır vəziyyət sponsorların və idmançıların qapılarıını bağlayaraq FİDE-nin nüfuzuna mənfi təsir göstərir. Həmçinin FİDE-nin Moskvadakı ofisinin bağlanması tövsiyə edilib.
1995-ci ilin noyabrından FİDE-yə rəhbərlik edən K. İllumcanov Suriya hökumətinə maddi kömək və Dəməşqin maraqları çərçivəsində fəaliyyətinə görə ABŞ-ın Maliyyə Nazirliyinin sanksiyalar siyahısına salınıb. (report.az)
Oxşar xəbərlər
Aralarında barışıq sazişi imzalandı
FIDE prezidentinin səlahiyyət müddəti məhdudlaşdırıldı
FİDE-də yeni prezident - vitse-prezident azərbaycanlı oldu
FİDE-də İlümjinov dövrü sona çatdı
Azərbaycan şahmatçılarına FIDE-nin yeni titulları verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası