Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dadaşov qollara davam edir
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun komandası "Dinamo" Şimal Şərq Regional Liqasında növbəti matçına çıxıb.
Sportfm.az xəbər verir ki, Berlin təmsilçisi XXVII turda "Halberstadt"ı qəbul edib.
Görüş həm "Dinamo", həm də Dadaşov üçün uğurlu alınıb. Belə ki, komandanın 4:2 hesablı qələbəsində 27 yaşlı forvard dublla töhfə verib. 22 və 40-cı dəqiqələrdə rəqibi mərkəzə dəvət edən Rüfət çempionatda qollarının sayını 26-ya yüksəldib. "Dinamo" isə 52 xalla ikinci pillədəki mövqeyini bir qədər də möhkəmlədib.
Qeyd edək ki, Rüfət Dadaşov gələn mövsümdən karyerasını III Bundesliqa təmsilçisi "Proyssen"də keçirəcək.
Oxşar xəbərlər
Dadaşov sonadək oynadı, “Dinamo” qələbə qazandı
Dadaşov “Dinamo”ya qələbə qazandırdı
Dadaşov Almaniyada yenə fərqləndi
Rüfət Dadaşov het-trik etdi - Regional Liqa
Dadaşov oynadı, “Dinamo” qələbə qazandı - Regional Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası